Obama: "ABŞ dünya arenasında liderliyini bərpa edib"

ABŞ dünya arenasında liderliyini bərpa edib. APA TV-nin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, ABŞ “İŞİD” terrorçu qruplaşması ilə mübarizədə və Rusiyanın Ukrayna siyasətinə qarşı müqavimət məsələlərində də lider mövqedədir. “Bir neçə böhran vəziyyəti yaşansa da, ABŞ üçün 2014-cü ili uğurlu olub”, deyə Obama bildirib.

 

Misal kimi o, ABŞ iqtisadiyyatının və əmək bazarının inkişafını göstərib. Özünə gəldikdə isə, Obama tam enerjili olduğunu və yaxın iki ildə də Ağ Evdə işləyəcəyindən ruhlandığını qeyd edib.

 

Müəllif | Apa.Tv