ABŞ Krıma qarşı sanksiyaları genişləndirib

Amerika Birləşmiş Ştatları Krıma qarşı sanksiyanı genişləndirib. APA TV-nin məlumatına görə, Milad bayramı öncəsi prezident Barak Obama Krıma qarşı sanksiya barədə fərman imzalayıb. Fərmana əsasən, Krıma və Krımdan malların, texnologiyanın və xidmətlərin daşınması və regiona sərmayə qoyuluşu qadağan edilir. O cümlədən, sanksiya siyahısına daxil edilmiş şəxslərlə hər hansı müqavilənin imzalanması da qadağandır. 

Müəllif | Apa.Tv
Apa.tv