Millət vəkilinin anası vəfat edib

Tanınmış şairə, millət vəkili Jalə Əliyevanın anası Nurəngiz Gün vəfat edib. Millət vəkili Jalə Əliyevanın APA TV-yə  bildirib ki, anası bu gün səhər saatlarında vəfat edib.

 

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib. Onun "Ağ qanadlar" və "Günəşə dua" kitabları nəşr olunub.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv