Bakıda kafedə qətl: qonşusunun boğazını kəsdi

Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Gəncə” kafesinin qarşısında qeydə alınıb. Rayon sakini, 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov aralarında yaranmış mübahisə zəminində qonşusu, 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqla vurub. Nəticədə arteriyası kəsilən Nurlan Ağayev çoxlu qan itirərək hadisə yerindəcə ölüb. Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər hadisə baş verən zaman sərxoş vəziyyətdə olublar. Hadisəni törədən Bərxudar Yusifov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv