İsmayıllıda faciə: 5 yaşlı qız yanaraq ölüb - YENİLƏNİB

İsmayıllıda azyaşlının ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini Usubov Mirzə Səlim oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissələrindən 3 maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər  alovun qarşısını alıblar və ümumi sahəsi 156 kvadratmetr olan 4 otaqlı evin 90 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq, yararsız hala düşüb. Hadisə zamanı evdə olan 5 yaşlı Usubova Nuray Mirzə qızı yanaraq ölüb.

 

Hadisə zamanı evdə heç kəs olmayıb. Bir balaca uşaq olub, o da televizora baxırmış.

 

Azyaşlı övladlarının yanaraq öldüyünü görən ana və ata həyəcanlanaraq şoka düşüb. Onlara İsmayıllı Təcili və Təxirəsalınmaz Tibii Yardım Stansiyasının həkimləri tərəfindən yardım olunub.

 

Yanğının elektrik naqilində baş verən qısaqapanma səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Fövqəladə Hallar Nazirliyi və İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov