Yasamal RİH-də keçirilən iclasda ölüm hadisəsi baş verib

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon İcra Hakimiyyətində keçirilən iclasa qatılan 1949-cu il təvəllüdlü Allahverdi Məmmədovun vəziyyəti qəfildən pisləşib və o, dünyasını dəyişib. İlkin versiyaya əsasən, Allahverdi Məmmədov ürək tutmasından keçinib. Allahverdi Məmmədov Yasamal rayonundakı məktəblərdən birində müəllim işləyirmiş.

Müəllif | Apa.Tv
Apa.tv