İsrail Fələstin ərazilərini yenidən raket zərbələrinə tutub

Fələstin əraziləri dörd ay sonra yenidən İsrail aviasiyasının zərbələrinə məruz qalıb. APA TV-nin İsrailin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatra görə, raket zərbələri terrorçuların olduğu ehtimal edilən nöqtələrə və onların bazalarına endirilib. Hədəf Qəzza sektorunun Xan-Yunis şəhəri olub. Bildirilir ki, məhz bu ərazidən bir neçə gün əvvəl İsrail tərəfi bombardman edilib. Xan-Yunisdən buraxılan raket Eşkolya çölünə düşüb. İtkilər barədə hələlik heç bir tərəf məlumat vermir.

 

Müəllif | Apa.Tv
Apa.tv