Avstraliyada vəhşicəsinə öldürülən 8 uşağın qətlində ana şübhəli bilinir

Avstraliyada 8 uşağın öldürülməsi ilə bağlı başlanılmış cinayət işi yeni istiqamət alıb. Polis hadisənin törədilməsində evdən uşaqların meyitləri ilə birgə aşkarladığı və xəstəxanaya çatdırılan qadından şübhələnir. Məlum olub ki, 34 yaşlı qadın öldürülən yeddi uşağın anasıdır. APA TV-nin məlumatına görə, o, hazırda güclü nəzarət altında müalicə olunur. Onun həbsi ilə bağlı qərar verilib.

 

Xatırladaq ki, dekabrın 19-da Avstraliyanın Kerns şəhərində bir evdən azyaşlı 8 uşağın meyiti tapılıb. Onların yanında bədənində xəsarət izləri olan qadın da olub. Həmin evin şəhərin əsasən aborigenlərin yaşadığı kriminal ərazidə yerləşdiyi deyilir. Bu, son bir həftə ərzində Avstraliyanı heyrətləndirən ikinci hadisədir. Bazar ertəsi paytaxt Sidneydəki kafelərdən birində cinayətkar 16 nəfəri girov götürmüşdü. Onların azad edilməsi üçün keçirilən əməliyyatda iki polis ölmüşdü.
 

Müəllif | Apa.Tv
Apa.tv