Gəncə sakini arvadının pul və qızıllarını oğurlamaqda təqsirləndirilir

Gəncdə polisin şübhəli şəxs qismində saxlayaraq, istintaqa cəlb etdiyi 41 yaşlı İlqar Şərifov qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Evelina Rumyantsevaya məxsus pul və zinət əşyalarını oğurlamaqda təqsirləndirilir. Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi Samir Rüstəmovun bildirdiyinə görə, saxlanılan şəxs bununla bağlı xüsusi plan da qurub.

 

Baş müstəmtiq Samir Rüstəmov deyib ki, saxlanılan şəxs arvadını müalicə üçün Bakıya aparıb. Sonra qayıdıb, seyfdən pul və qızılları oğurlayıb . 

 

Təqsirləndirilən İlqar Şərifov isə oğurluq etmədiyini, sadəcə maşın almaq istəyən arvadına mane olmaq üçün bu addımı atdığını bildirib. Niyyəti isə dediyinə görə onu qorumaq olub:  “Pulu götürdüm ki, maşın alıb hadisə törətməsin, özünü və  başqalarını bədbəxt etməsin”. 

 

İlqar Səfərov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.  Araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli