Lənkəranda məktəb direktorunun evindən 100 min manatlıq mal oğurlanıb

Lənkəranda məktəb direktorunun evindən oğurluq olub. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi 18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib. Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

 

Faktla Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv