Xırdalan sakini söyüş üstündə qan tökdü

Xirdalan şəhərində çay evlərindın birində bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini, 26 yaşlı Əliyev Bahadur Etibar oglu aralarında yaranan mübahisə zəmnində tanışı Ruspeykor Orxan Rüfət oglunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

 

APA TV-nin xəbərinə görə, saxlanılaraq Abşeron rayon Polis Şöbəsinə gətirilən Bahadur Əliyev törətdiyi cinayəti etiraf edərək bildirib ki, hadisə baş verən gün o, həmin çay evində Orxanla söhbət etmək istəyib. Amma Orxanın yanında olan dostları onun bu söhbətinə mane olub: "Gəldim, salam verdim. Dedim ki, Orxan, bayırda söhbət eləyək. Yanındakılar dedilər ki, Orxan bizim qardaşımızdır, nə sözün varsa, yanımızda de. Mən bildirdim ki, sözüm Orxanadır. Mənim arxamca söz danışılmışdı. Sadəcə olaraq, öyrənmək istəyirdim ki, belə şey olub, ya yox. Orxanın özündən soruşmaq istəyirdim. Yanındakılarf döydü məni".

 

Daha sonra çay evinin işçiləri dava edən gəncləri sakitləşdirib. Bu zaman Orxan Bahaduru söyüb:"Bizi aralaşdıranda Orxan başladı söyüş söyməyə. Bundan sonra onu vurdum".

 

3 bıçaq xəsarəti alan yaralı hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. Saxlanılan Bahadur Əliyev isə əməlindən peşiman olmadığını deyir: "Söyüş söyülüb. Söyüşə görə peşiman deyiləm. Məni kimsə söyməməlidir".

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlıga ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv