Tərtərdə iki "VAZ" toqquşdu: 2 yaralı

Tərtərdə ağır yol qəzası baş verib, 2 nəfər xəsarət alıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər rayonunun Hüsənli kəndi ərazisində qeydə alınıb. "VAZ-2106" markalı minik maşını ilə "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralı sürücülər əzilmiş avtomobillərdən kənd sakinləri tərəfindən çıxarılıb, xəstəxanaya çatdırılıb. Onlardan yalnız birinin şəxsiyyəti məlumdur. Bu, 26 yaşı Zaur Bayramovdur. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hadisənin sürət həddini aşılması üzündən baş veridiyi bildirilir. Xatırladaq ki, bir neçə gündür, bölgədə dumanlı hava şəraiti müşahidə olunur.

 

Tərtər Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün avtotexniki ekspertiza təyin edilib.

 

Müəllif | Apa.Tv