Ağcabədidə evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Ağcabədidə oğurluq hadisəsinin üstü açılıb. APA TV-nin məlumatına görə, şəhərin N.Nərimanov kücəsində rayon sakini Mehriban Şərifzadəyə məxsus evdən ogurluq  edilib. Ev sahibi polis şöbəsinə müraciət edərək, 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması haqda məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan yerli polis şöbəsinin əməkdaşları isti izlərlə oğurluq etmiş şəxsin kimliyini müəyyən edib. Asayiş keşikçiləri rayon sakini Xəyal Qurbanovu saxlayıblar. Onun üzərinə baxış keçirərəkən, oğurlanmış qızıl-zinət əşyaları müəyyən edilərək, maddi sübut kimi götürülüb. 

 

Ağcabədi Rayon Polis Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir, Xəyal Qurbanovun başqa cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. 

 

Müəllif | Apa.Tv