Zaqatalada 9 ay əvvəl atası intihar edən 35 yaşlı kişi özünü partlatdı

Zaqatala şəhərinin 35 yaşlı sakini özünü partladaraq intihar edib. Rayon prokurorluğundan APA TV-yə  verilən məlumata görə, Zaqatala şəhəri, Sevil Qazıyeva 47 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Renad Həsəncuma oğlu Muradov kiçik diametrli dəmir borudan kustar üsulla partlayıcı düzəldib. Renad Muradov içərisinə partlayıcı maddə dolduraraq, kustar üsulla hazırladığı partlayıcını alın nahiyyəsinə dirəyərək partladıb. Nəticədə alın nahiyəsindən ağır yara alan 35 yaşlı Renad Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Həkimlərin səyinə baxmayaraq, Renad Muradovun həyatını xilas etmək mümkün olmayıb. Renad Muradov xəstəxanada ölüb.

 

Məlumata görə, narkotik aludəçisi olan və tüfeyli həyat tərzi sürən Renad Muradov məlum hadisədən bir-neçə gün əvvəl də özünə qəsd etmək məqsədi ilə kəsici alətlə qarın nahiyəsinə xəsarət yetirib.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

Qeyd edək ki, R. Muradovun atası, ikinci qrup əlil olan Həsəncuma Muradov da bu ilin mart ayının 16-da bədəninə sarıdığı elektrik naqilinin ucunu cərəyana birləşdirərək intihar etmişdi.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov