BMT-nin erməni eksperti: “Rusiya iqtisadiyyatının vəziyyəti Azərbaycana təsir etməyib”

Rusiya iqtisadiyyatının artım tempinin azalması artıq postsovet ölkələrinin çoxuna təsir edib. “APA-Economics”in xəbərinə görə, bunu BMT-nin radiosuna müsahibəndə qurumun iqtisadiyyat və sosial məsələlər üzrə departamentinin eksperti Qriqor Aqabekyan bildirib.

 

“Bütün MDB ölkələri, habelə Baltikyanı ölkələr müəyyən dərəcədə Rusiya iqtisadiyyatından asılıdır. Rusiya iqtisadiyyatının artım tempindəki durğunluq bir sıra ölkələrə təsir göstərib”, - deyə ekspert qeyd edib.

 

Onun sözlərinə görə, enerji resurslarının istehsalçısı olan MDB ölkələri, məsələn, Azərbaycan və Qazaxıstan kimi dövlətlər daha əlverişli vəziyyətdədir.

 

Qriqor Aqabekyan bildirib ki, Rusiyadakı əmək mühacirlərinin artıq öz vətənlərinə qayıtdıqları müşahidə edilir..

 

Müəllif | Apa.Tv
Apa.tv