Bəşər Əsədin yeni görüntüləri yayımlandı - VİDEO

İran parlamentinin sədri Əli Laricani Yaxın Şərq ölkələrinə başlayan səfəri çərçivəsində Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, tərəflər İsrailin Suriyaya endirdiyi raket zərbələrini və İŞİD-lə mübarizədə Türkiyənin mövqeyini dəyərləndiriblər. Görüşdə ümumiyyətlə, Suriyada baş verən hadisələr barədə danışılıb, vəziyyətin nizamlanmasının yolları müzakirə edilib. Bəşər Əsəd paytaxt Dəməşqin də yerləşdiyi böyük bir bölgədə asayişin qorunduğunu, ölkənin digər yerlərində isə terrorçulara qarşı hərbi əməliyyatların davam etdiyini bildirib. Əli Laricani xaricdən müdaxilə olmadan Suriyada tərəflər arasında dialoqun aparılmasının vacib olduğunu deyib. İran parlamentinin spikeri vurğulayıb ki, Suriyada vəziyyətin stabilləşməsi hazırda Rusiyanın mövqeyindən daha çox asılıdır. O xatırladıb ki, rəsmi Moskva gələn ilin yanvar ayında tərəflərə danışıq aparmaq üçün şərait yaradacağına vəd verib. 

 

Müəllif | Apa.Tv
Apa.tv