Səudiyyəli nazir: "Neftin qiyməti qalxacaq"

"Neftin qiyməti tezliklə qalxacaq".

 

APA-nın verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib. Nazirin fikrincə, neftin qiymətinin düşməsi qismən OPEC-ə daxil olmayan neft istehsalçısı olan ölkələr arasında qarşılıqlı anlayışın olmaması ilə bağlıdır. O, əlavə edib ki, neftin qiymətinin düşməsinin digər səbəbi möhtəkirlərin çaşqınlığa səbəb olan məlumatları və tamahkarlığı olub.

 

Qeyd edək ki, nazirin bu bəyanatından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki, Brent markalı neftin 1 barelinin qiyməti 62,62 dollara, WTI markalı neftin qiyməti isə 57, 87 dollara yüksəlib.

Müəllif | Apa.Tv
Apa.tv