Rusiyada həmyerlilərinə qarşı quldurluq edən azərbaycanlılar tutulub
Rusiyada quldur basqının təşkilində şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb. APA-nın Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu ilin dekabr ayının əvvəlində həmin şəxslər Azərbaycan vətəndaşı olan iş adamına qarşı quldurluq ediblər. Nəticədə onlar zərərçəkənə məxsus 300 min rublu ələ keçiriblər. Faktla bağlı cinayət işi açılıb. Saxlanılan Azərbaycan vətəndaşlarının yaşları 22-48 arasındadır. Onların Moskva regionunda digər cinayətlərin törədilməsində iştirakının olub-olmadığı araşdırılır.