Senator Makkeyn: "Rusiyada yaşanan böhranın səbəbi Səudiyyə Ərəbistanıdır"

"Rusiya iqtisadiyyatında yaşanan böhranın səbəbi ABŞ-ın tətbiq etdiyi sanksiyalar yox, Səudiyyə Ərəbistanıdır".

 

APA TV-nin məlumatına görə, bu bəyanatla senator Con Makkeyn çıxış edib. O əlavə edib ki, Səudiyyə Ərəbistanın neftin ucuzlaşmasına bu cür şərait yaratması Rusiyada vəziyyətin dramatikləşməsinə gətirib çıxarıb: "Biz Səudiyyə tərəfinə buna görə minnətdar olmalıyıq. Putin ölkəsində baş verənlərə birbaşa cavabdehdir və bilməlidir ki, ABŞ prezidentinin bütün bunlarla heç bir əlaqəsi yoxdur".

 

Makkeyn əlavə edib ki, Rusiya iqtisadiyyatının böhranlı vəziyyətə düşməsində Obamanın sanksiyalarının effekti çox zəif olub. Bu arada Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib ki, Fars körfəzi ölkələrinin neftin hasilatını azaltmaq niyyətləri yoxdur.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv