İraqın ən böyük neft rayonu yenidən İŞİD-in nəzarətinə keçdi

İraqın ən böyük neft emalı zavodunun yerləşdiyi Beyci rayonu yenidən İŞİD terrorçularının əlinə keçib.

APA TV "Milliyet"ə istinadən xəbər verir ki, noyabrın 19-da İraqın Müdafiə Nazirliyi Səlahəddin vilayətinə bağlı Beyci rayonunu İŞİD-dən tamamilə azad etdiyi barədə xəbər yaymışdı. Bu gün isə İŞİD terror təşkilatının üzvləri sosial şəbəkələrdə İraq qoşunlarının kazarma kimi istifadə etdiyi Əl Fəttah məscidi və ətrafda mühafizə olunan nöqtələri ələ keçirdiyini barədə məlumat yayıb. Məlumata görə, bu ərazilər uğrunda şiddətli döyüşlər gedib.

Fotolarda ayrıca İŞİD hücumları nəticəsində bölgədən qaçan İraq hərbçilərinə aid ABŞ istehsalı Abrams tankı və çoxlu sayda zirehli maşın, ölən İraq əsgərləri, İran istehsalı olan hərbi ləvazimat görünür.

Beycidə hökumət tərəfindən döyüşən ərəb-sünni tayfa rəhbəri Şeyx Həmid Haçəm əl-Qeysi İraq hökumətinin lazımi kömək göstərmədiyini bildirib. İraq rəsmiləri isə Beycinin sadəcə 2 bölgəsinin İŞİD-in əlində olduğu açıqlayıb.

 

Elvin Bayramlı

Müəllif | Apa.Tv
Elvin Bayramlı