Şəkidə "Opel" iki piyadanı vurdu

Şəkidə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə dekabrın 21-də gecə saatlarında rayonun Çeşməli kəndində qeydə alınıb. Şəkinin Şin kənd sakini, 1978-ci il təvəllüdlü Vidadi Şirin oğlu Dadaşov idarə etdiyi “Opel” markalı 90 BV 052 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar, Çeşməli kənd sakinləri- 1983-cü il təvəllüdlü Rəşad Üzeyr oğlu Novruzəliyevi və 1978-ci il təvəllüdlü Teymur Nəzir oğlu Muradovu vurub. Xəsarət alan yaralılar xəstəxanaya çatdırılıb. Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralılardan Rəşad Novruzəliyev reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Vidadi Dadaşovun xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb. Qəzaya səbəb dumanlı hava şəraiti göstərilir.

 

Sürücü piyadaların yolun ortası ilə hərəkət etdiklərini bildirib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov