Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,70 dollar bahalaşaraq, 1 barelə görə 55,96 dollar təşkil edib.

 

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,35 dollar bahalaşaraq 60,46 dollar olub.

 

Qeyd edək ki, son günlər neftin qiymətində kəskin azalma müşahidə edilib

 

 

Müəllif | Apa.Tv
Apa.tv