Xaçmazda zəncirvari qəza olub

Xaçmazda zəncirvari qəza baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomaşın öncə “VAZ 2107”-ə, daha sonra isə “VAZ 21015”ə  çırpılıb. Qəza nəticəsində “BMW”-də olan sərnişin, 1989-cu il təvəllüdlü Həsənova Arzu Əliqiyam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən A.Həsənovanın vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan