Yarışa çıxan iki lüks avtomobil qəza törətdi - REAL GÖRÜNTÜ

Rusiyanın paytaxtı Moskvada baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. APA TV-nin məlumatına görə, hadisə iki bahalı maşının ötüşməsi nəticəsində baş verib. Məlum olub ki, "Porsche-Panemera" "BMV X5"-lə yarışarkən idarəetməni itirərək qəzaya uğrayıb. Deyilənləri 100 metr məsafədən çəkilən video da isbat edir.

Bahalı idman maşınının sükanı arxasında İslam Abadiev adlı 22 yaşlı oğlan olub. Hadisə nəticəsində digər maşının sürücüsü olan 23 yaşlı hamilə qadından başqa xəsarət alan olmayıb. Hamilə qadın da müayinədən sonra evə buraxılıb.

Müəllif | Apa.Tv