Balakəndə 47 yaşlı qadın qızmar sobanın üstünə yıxılıb
Balakəndə 47 yaşlı qadın sobanın üstünə yıxılaraq yanıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Hənifə kənd sakini, 1967-ci il təvəllüdlü Xalidə Soltan qızı Qurbanova güclü yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, epilepsiya xəstəliyindən əziyyət çəkən 47 yaşlı Xalidə Qurbanova yaşadığı yanan sobanın üstünə yıxılıb.
Nəticədə Xalidə Qurbanova 2-ci, 3-cü və 4-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.
Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xalidə Qurbanovanın vəziyyəti ağır qiymətləndirilir.