Azərbaycanda səsvermə başlayıb

Bu gün saat 08.00-da  Azərbaycanda sayca 4-cü dəfədir, keçirilən bələdiyyə seçkilərinə səsvermə başlayıb. Azərbaycanın işğal olunmuş rayonları istisna olmaqla, 118 seçki məntəqəsində 11 607 bələdiyyəyə 15 min 035 nəfər bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 077 namizəd qeydə alınıb.

 

Səsvermənin başlanılması elan olunandan bir qədər sonra 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində ilk seçici göründü.

Seçki məntəqəsinin sədri Eldəniz Əhmədov APA TV-yə deyib ki,

saat 08.00-da məntəqə açılıb: "Bizim məntəqənin ərazisində 1081 bir nəfər seçicimiz var. İstənilən müşahidəçi üçün də qapımız açıqdır. Seçkini müşahidə edə bilərlər".

 

Həmin dairənin 22 saylı seçki məntəqəsində səhər saatlarından seçici fəallığı müşahidə olunurdu.

 

Məntəqənin sədri Könül Həsənova deyib ki, seçici fəallığı müşahidə edilir:  "Bizim 1372-yə yaxın seçicimiz var. 57 namizəd üzrə 17 nəfərə səs verirlər".

 

Seçicilər də səsvermənin vacib olduğunu deyiblər.

 

 

Səsverməni 50551 müşahidəçi izləyəcək. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 1000  məntəqədə- məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb ki, bu da seçkini online izləmək imkanı yaradacaq.

 

Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq, 8 siyasi partiya öz namizədlərini irəli sürüb. 

Müəllif | Apa.Tv