Şüvəlanda 27 yaşlı oğlan bacısını boğaraq öldürüb

Bakıda 27 yaşlı oğlan bacısını boğaraq öldürüb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb.

Hadisəni törədən Tofiq Qədimov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv