Küləkli hava davam edəcək
Dekabrın 24-dən ölkə ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, küləkli hava şəraiti davam edəcək. Ölkə ərazisində cənub-qərb küləyi üstünlük təşkil edəcək. Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam isə şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.