Saat 12:00-dək 1033210 seçici səs verib

Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 12:00-a 21,44 faiz təşkil edib.

 

APA TV-nin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.

 

O qeyd edib ki, saat 12:00-a qədər 4 819 382 seçicidən 1 033 210-u səs verib. Seçici fəallığına görə qeyd olunan vaxta qədər 51 saylı Qusar və 53 saylı Quba-Qusar Seçki dairələri öndədir. Ən zəif seçici fəallığı isə Gəncədəki Seçki dairələrində qeydə alınıb. Qeyd olunan vaxta MSK-ya 50 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Hazırkı saata qədər heç bir qanun pozuntusu müşahidə olunmayıb.

Müəllif | Apa.Tv