Prezident İlham Əliyev səsvermədə iştirak edib
Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan prezidenti İlham Əliyev 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Prezidentin xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.