Bakı-Qazax yolunda naməlum maşınla vurulan qadın ölüb

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, dekabrın 22-də saat 22.10 radələrində Bakı-Qazax yolunun 133-cü kilometrliyində naməlum avtomobillə vurulan qadın meyiti aşkarlanıb. Meyit Şirvan şəhər morquna aparılıb. Mərhumun Şəki şəhərində anadan olmuş, Bakı şəhəri Türkan qəsəbə sakini 1959-cu il təvəllüdlü Zibeydə Rüstəmova olması müəyyənləşib. Hadisəni törətmiş avtomobilin axtarışları istiqamətində isə istintaq əməliyyatları davam etdirilir. Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı