Salyanda "VAZ 2106" "Prado"ya çırpıldı: 2 ölü, 2 yaralı

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində qeydə alınıb. Salyan sakinləri 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2106"-da olan sərnişinlər - Salyan rayonu Xalac kənd sakini 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüb. "VAZ 2106"-nın sürücüsü və digər sərnişin Cəbrayılov Rabil Xanoğlan oğlu ağır bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı