Lerikdə 33 yaşlı kişi qayınanası və arvadını öldürüb, intihar etdi

Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası 57 yaşlı Laləni, həyat yoldaşı 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib. Camaləddin Surətov daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı Pirzəküçə kəndinə yollanıb. O, orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə açıqlama verilmir.

 

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib və iki gün öncə rayona ailəsinin yanına qayıdıb.

 

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.

 

Müəllif | Apa.Tv