Türkiyəli jurnalistlər Qubada Soyqırım Kompleksini ziyarət ediblər

Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. APA TV-nın şimal bürosunun məlumatına görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat verilib.

 

“GAP Qazeteçiler Birliyi”nin rəhbəri Zeynal Abidin Kıymaz ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hər iki dövlətin jurnalistlərinin birgə fəaliyyətinin vacibliyini önə çəkib.

 

Türkiyəli jurnalistlər ölkələrinə qayıtdıqdan sonra burada gördükləri barədə öz oxucularına geniş məlumat verəcəklərini bildiriblər.

 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, əsas məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinə daha geniş məlumat çatdırmaqdır.

 

Qeyd edək ki, türkiyəli jurnalistlər Azərbaycana Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti ilə gəliblər.

 

Müəllif | Apa.Tv
Vəli Turan