Balakəndə 24 yaşlı qadın zəhərli dərman içib
Balakən rayonunun Talalar kənd sakini 24 yaşlı Təranə Yaqub qızı Şabanova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, Təranə Şabanova intihar etmək məqsədi ilə gəmiricilərə məhv etmək üçün istifadə edilən zəhərli dərman içib.
Təranə Şabanovaya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil hesab olunur. Məlumata görə, Təranə Şabanova 8 aya yaxın evli olub, sonra ərindən ayrılıb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.