Leyla Əliyeva Gəncədə çinar ağacı əkib
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu Gəncədə davam edib. APA TV-nin xəbərinə görə, marafonda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Leyla Əliyeva Gəncənin Heydər Əliyev park-kompleksində çinar ağacı əkib.
Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Gəncədə bir gündə ümumilikdə 10 min çinar və şam ağac əkib.
Parkla tanış olan Leyla Əliyeva “Qız Qalası” Beynəlxalq Festivalın iştirakçılarının hazırladıqları maketlərin sərgisi ilə tanış olub.
Heydər Əliyev fondunun vitse-prezidenti Heydər Əliyev Mərkəzində İDEA İctimai Birliyinin Resurs Mərkizinin açılışında da iştirak edib.