Xaçmaz Mədəniyyət və Turizm Şöbəsinin yeni binasının açılışı olub

Xaçmazda Mədəniyyət və Turizm Şöbəsi üçün inşa edilən yeni inzibati binanın açılışı olub. APA TV-nin şimal bürosunun məlumatına görə, açılış mərasimində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz  rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və rayon ictimaiyyətinin nümayənədləri iştirak ediblər.

 

İkimərtəbəli binanın ümumi sahəsi 220 kv.metrdir. Tikilinin birinci mərtəbəsində foye və iş otaqları var. İkinci mərtəbədə isə iclas və konfrans zalları yerləşir. Bina müasir istilik sistemi ilə təchiz edilib. Bunun üçün tikilinin həyətində qazanxana da inşa olunub.

 

Binanın inşasında milli ornametlərdən istifadə edilib. Dam örtüyü gümbəz formasında inşa olunub. 

 

Müəllif | Apa.Tv
Vəli Turan