Sabiq prezident Corc Buşun səhhəti kəskin pisləşib

ABŞ-ın sabiq prezidenti Corc Buşun səhhəti kəskin pisləşib.

 

APA TV-nin məlumatına görə, 90 yaşlı ata Corc Buş tənəffüs sistemində yaranan problemlərlə əlaqədar Hyuston xəstəxanalarından birinə yerləşdirilib. Sabiq prezident həkim müayinəsindən keçirilib, onun səhhəti ilə bağlı əlavə məlumat verilmir. Qeyd edək ki, Corc Buş 1976-77-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, 1981-1989-cu illərdə prezident Ronald Reyqanın dövründə vitse-prezident, 1989-1993-cü illərdə prezident olub. O, Birləşmiş Ştatların 41-ci prezidentidir. 

Müəllif | Apa.Tv
Apa.tv