Bakıda 67 əlilə avtomobil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəyə dayanmış daha 67 nəfərə avtomobil hədiyyə edib. APA TV-nin xəbərinə görə, bununla 2014-cü ildə növbəyə dayanan 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs minik avtomobili ilə təmin edilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev  deyib ki, bu il ölkənin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib. Bu il yanvarın 1-dən 52 rayonda 353 ədəd fərdi ev inşa olunur. Həmçinin yaxın günlərdə 5 şəhərdə çoxmənzilli yaşayış binalarından hazır mənzillər alınaraq, qeyd olunan təbəqələrdən olanlara verilməsinə başlanılacaq: "Növbəti ilin büdcəsində nazirliyin bu təyinatı üzrə vəsait nəzərdə tutulmuşdu".

 

Daha sonra yeni avtomobillərin açarları sahiblərinə təqdim edilib.

 

Qeyd edək ki, 1998-ci ildən bu günə qədər 5 min 318 nəfərə avtomobil verilib.  

 

Müəllif | Apa.Tv