Zığda 30 hektarlıq ərazidə yeni ağaclar əkilib - İMƏCİLİK

Son bir neçə ildə magistral avtomobil yollarının kənarlarında, Bakı və Bakı ətrafındakı fərid ərazilərdə, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu ətrafında ekoloji şəraitin yaxşılaşdırılması məqsədi ilə milyonlarla ağac əkilib. APA TV-nin xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bu dəfəki iməcilikdə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin ümumilikdə 1000-dən çox nümayəndəsi iştirak edib. İməcilikdə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 30 hektar ərazisində yeni ağaclar əkilib, təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib.

 

Yeni əkilən ağacların müasir metodlarla becərilməsi, damcılı suvarma ilə təchiz olunması və daim onlara aqrotexniki qulluq göstərilməsi nəticəsində 80-90 faiz bitiş alınmasına müvəffəq olunub.

 

Bir neçə il qabaq sahədə ağacların bitməsi üçün münbit torpaq olmadığı deyilsə də, artıq zeytunların böyüdüyünü, hətta bar verdiyini görmək olur. Bura ağacları sıx olan meşəliyə bənzər nəhəng bir əraziyə çevrilib.

 

Qeyd edək ki, iməciliyin sonunda üzərində milli ornamentlərlə bəzədilmiş, təmiz dünya sinvolu olan tort kəsilib.

 

Müəllif | Apa.Tv