Prezident İlham Əliyev “Ağ Şəhər”in ofisində olub

Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar. “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov prezident İlham Əliyevə layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verərək bildirib ki, tikintisi gedən 45 metr enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin Ağ Şəhərin ərazisindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Ofis binasının yanında 360-dan çox avtomobil üçün ən müasir standartlara cavab verən parkinq də inşa olunub.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış olublar. 2013-cü il mayın 25-də təməli qoyulan Bakı Ağ şəhər bulvarı da dünyadakı ən qabaqcıl təcrübə əsasında yaradılır. Bulvarın uzunluğu 5 kilometr olacaq. Ağ Şəhərdə beynəlxalq səviyyəli otellərin tikintisi də aparılır. Artıq “Bakı Ağ Şəhər” otelinin inşası başa çatmaq üzrədir.


Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verib.
 

Müəllif | Apa.Tv
Apa.tv