Yasamalda "Nissan" yandı

Ötən gecə Yasamal rayonunda avtomobil yanıb. APA TV-nin məlumatına görə, Əsəd Əhməd küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olarkən "Nissan" markalı avtomobil qəfildən yanmağa başlayıb. Alovu sürücü və avtomobildə olan sərnişinlər dərhal söndürə biliblər. Yanğına səbəb avtomobilin mühərrikində olan nasazlıq səbəb olub. "Nissan" evakuator vasitəsi ilə ərazidən aparılıb.

 

Gecə saatlarında Xətai rayonu Yusif Səfərov küçəsində də yol-nəqliyyat hadisəsi baş verib. Eyni istiqamətdə hərəkət edən iki "BMW" markalı maşın toqquşub. Orxan Əhmədova məxsus "BMW"" əvvəlcə qarşıda hərəkət edən Cavid Əliyevə məxsus eyni markalı maşının arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən hadisəni törədən avtomobil əks yola çıxıb və nəqliyyat vasitəsi səkiyə çırpılaraq dayanıb. Qəza zamanı xəsarət ala olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv