Pirşağıda yük maşını ilə toqquşan avtomobilin sürücüsü ölüb

Sabunçu rayonunda minik avtomobili ilə yük maşını toqquşub. APA TV-nin məlumatına görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. 25 yaşlı Elnur Kərimov idarə etdiyi "Chevrolet" markalı avtomobil ilə "Zil"ə  çırpılıb.

 

Zərbənin təsirindən "Chevrolet"in sürücüsü Elnur Kərimov ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Xəstəxanaya çatdırılan yaralı əməliyyat otağına aparılarkən ölüb.

 

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

 

Müəllif | Apa.Tv