Sabunçu rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Gecə saatlarında Sabunçu rayonu ərazində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə "Koroğlu" metrosunun yaxınlığında qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "VAZ 2107" markalı avtomobil Mərdəkan istiqamətində hərəkətdə olarkən yolu qaçaraq keçmək istəyən piyada, 45 yaşlı İntiqam Məmmədovu vurub. Daha sonra arxadan gələn digər avtomobil də piyadanın üstündən keçib. Piyadanı vuran "VAZ 2107"-nin sürücüsü onu ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanaya çatdırsa da, həkimlər yaralının həyatını xilas edə bilməyiblər. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə hadisənin baş verməsinə piyadanın yol hərəkət qaydalarını pozması və yüksək sürət səbəb olub.

 

Faktla bağlı cinayət işi başlanıb araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv