Gənclər və idman naziri Şirvan şəhərində qəbul keçirib
Gənclər və idman naziri Azad Rəhimov Şirvanda Salyan, Neftçala, Saatlı, Sabirabad rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Vətəndaşlar nazirə əsasən QHT-lərin yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzinin lazımi avadanlıqla təmin edilməsi, məktəblərdə hərbi hazırlıq otaqlarının, "Şahin", "Cəsurlar" hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, yeni Gənclər Mərkəzinin açılması, Bakı-2015 Avropa Oyunlarına könüllülərin cəlb edilməsi məsələləri ilə bağlı müraciət ediblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.