Havanın temperaturu 15 dərəcəyə yüksələcək

Dekabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirliib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 10-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv