Mübariz Qurbanlı: "Azərbaycanda bütün tarixi məscidlər bərpa olunacaq"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib. Qəbulda Goranboy, Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan  vətəndaşların müraciətləri dinlənilib. APA TV-nin xəbərinə görə, qəbul zamanı dindarlar ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı, yeni məscidlərin tikintisi, dini ədəbiyyat və ləvazimatların satışı mağazalarının fəaliyyətinin tənzimlənməsi, bəzi tarixi əhəmiyyətli məscidlərin bərpası və bir sıra digər şəxsi məsələlər barədə müraciət ediblər. Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, bəzi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələr veriib.

 

Qəbul zamanı komitə sədri bildirib ki, müəyyən problemlər hələ də qalmaqdadır. Bəzi rayonlarda, böyük kəndlərdə məscidlərin təmirə ehtiyacı var.

 

Mübariz Qurbanlı əlavə edib ki, Azərbaycanda bərpa edilməyən tarixi məscid qalmayacaq. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli