Gələn il neftin qiyməti 60 dollar olsa, SOCAR 400 milyon manat itirəcək

"Neftin ucuzlaşması ARDNŞ-in həyata keçirdiyi layihələrə təsir etməyəcək".

 

APA TV-nin məlumatına görə, bunu şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir.

 

"Gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkətin 1 ildə itirdiyi məbləğ 400 milyon manat ola bilər. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondunun tərəfindən kompensasiya olunacaq" deyə o, bildirib.

 

SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov isə bildirib ki, "Azərneftyağ" zavodunun fəaliyyətinə xitam verilməsi Azərbaycanda bitum və yanacağın miqdarına və keyfiyyətinə təsir etməyəcək: "Əskinə, bu müəssisənin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirilməsi bitum və yanacağın keyfiyyətini daha da yaxşılaşdıracaq. Vahid bir mərkəzdən emal prossesi qurulacaq". 

  

SOCAR rəsmisi əlavə edib ki, şirkət yanacaq enerji balansı üçün müəyyən rəqəmlər hazırlayıb. Bu göstərici tam dəqiqləşdirilməyib.

 

Müəllif | Apa.Tv