Lənkəranda 2 piyada vurulub: 1 ölü, 1 yaralı

Lənkəranda iki piyadanın vurulması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi  baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə,  hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Vilan kəndi ərazisində qeydə alınıb. Rayon sakini Seymur Quliyev idarə etdiyi VAZ- 21074 markalı minik avtomobillə piyadlar, rayonun Şağlakücə kənd sakinləri, 23 yaşlı İmran Qəmbərovu və 20 yaşlı Teymur Ağayevi vurub. İmran Qəmbərov aldığı xəsarətdən hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Teymur Ağayev isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən sürücü Seymur Quliyev saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv