Şirvanda zəncirvari qəza: 3 yaralı

Şirvanda 3 nəfərin ağır yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb. İki “VAZ 2107” və bir "Mercedes"in toqquşması nəticəində 3 nəfər - 57 yaşlı Abdullayev Mikayıl Cəbrayıl oğlu, 30 yaşlı Tağıyeva Aygün Qəhrəman qızı və 24 yaşlı Məmmədov Şahbaz Məhəmməd oğlu ağır bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Sonradan Aygün Tağıyeva Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb. 

 Maşınlar deformasiyaya uğradığından hadisə yerinə FHN-nin xilasediciləri də cəlb olunublar. Hadisə nəticəsində Şirvan-Hacıqabul avtomobil  yolunda tıxac yarandığından nəqliyyatın hərəkəti  bir müddət dayanıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı